Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp bildirib ki, qarşıdan gələn seçkilərdə qalib gəlsə, Şimali Koreya lideri Kim Çen Inla münasibətləri yaxşılaşdırmaq niyyətindədir.
Tramp qeyd edib ki, son prezidentliyi dövründə o, artıq buna nail olmağa və nəticədə o, KXDR-dən raket sınaqlarını dayandırmağa nail olmuşdu: “Onunla (Kim Çen In) çox yaxşı anlaşırdım. Mən bunu deyəndə mətbuatın xoşuna gəlməirdi. Amma bilirsiniz, çoxlu nüvə silahı olan biri ilə yola getmək gözəldir… Mən onlarla anlaşdım və Şimali Koreyadan raket buraxılışlarını dayandırdıq. İndi Şimali Koreya yenə şıltaqlıq edir, amma biz (Respublikaçılar) geri qayıdanda mən onunla (Kim Çen In) yenidən anlaşacağam. O, mənim də geri qayıtmağımı istəyir”, – Donald Tramp Milwaukeedə Respublikaçıların Milli Qurultayında çıxış edərkən deyib.
Qeyd edək ki, Donald Tramp və Kim Çen In sonuncu dəfə 2019-cu ilin iyununda görüşmüşdülər. Həmin görüşün nəticəsi olaraq Tramp KXDR -lə münaqişəyə tezliklə son qoyacağına söz verib. Daha sonra ABŞ Cənubi Koreya ilə birgə hərbi təlimləri dayandırmağa razılaşıb. Bunun müqabilində Donald Trampın sözlərinə görə, Kim Çen In raket mühərrikinin sınaq sahəsini məhv etməyə razılaşıb. Donald Tramp Şimali Koreyaya səfər edən ilk ABŞ prezidenti olub.
//Samir Qurbanov, Editor.az

