Donald Tramp: Üçüncü dünya müharibəsinin qarşısını yalnız mən ala bilərəmbackend

Donald Tramp: Üçüncü dünya müharibəsinin qarşısını yalnız mən ala bilərəm

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın keçmiş prezidenti Donald Tramp deyib ki, üçüncü dünya müharibəsinin qarşısını yalnız o ala bilər. Onun fikrincə, bu təhlükə tamamilə realdır.

Editor.az bildirir ki, bunu siyasətçi ABŞ-ın Cənubi Karolina ştatında Respublikaçılar Partiyası tərəfdarlarının tədbirində çıxışı zamanı deyib. “Mən üçüncü dünya müharibəsinin qarşısını alacağam. Hazırda silahlar o qədər güclüdür ki, bütün dünyanı məhv etməyə qadirdir. Mən buna icazə verməyəcəyəm. Və inanıram ki, bunu edə bilən yeganə şəxs mənəm”, – deyə o, bildirib.

Trampın sözlərinə görə, o, 2024-cü ildə ABŞ prezidenti seçkilərində qalib gələ bilsə, dünyada siyasi vəziyyəti sabitləşdirmək niyyətindədir. Ağ Evin hazırkı sahibi demokrat Co Bayden administrasiyası isə üçüncü dünya müharibəsinin qarşısını almaq iqtidarında deyil və onu yalnız yaxınlaşdırır.

Bundan əlavə, Tramp yenidən dövlət başçısı seçiləcəyi təqdirdə ilk növbədə Ukraynadakı hərbi münaqişənin həlli ilə məşğul olacağına söz verib. O vəd edib ki, o, münaqişənin ən qısa müddətdə – hətta 2025-ci ilin yanvarında mümkün rəsmi inauqurasiyasından əvvəl sülh yolu ilə həllinə nail ola biləcək.

 //Samir Qurbanov, Editor.az