Amerikalı iş adamı İlon Mask hesab edir ki, Demokratlar Partiyasının namizədi Kamala Harrisin prezident seçkilərində qələbəsi ABŞ-da “real seçkilərə” son qoyacaq.
O, xanım Harrisin seçki kampaniyasının internet saytındakı vədlərlə bağlı “New York Post”un dərcini belə şərh edib. Demokratlar ABŞ-da qeyri-qanuni miqrantların vətəndaşlıq almasını asanlaşdıracağını vəd edir. Elon Musk özünün X sosial şəbəkəsində Demokrat Partiyasının ABŞ-da 15 milyon qeyri-qanuni immiqrantı leqallaşdırmaq və ölkəyə daha 10 milyonu cəlb etmək istədiyini yazıb: “Bu, 1986-cı ilin amnistiay aktı ilə Kaliforniyada baş verənlər kimi, dərhal bütün “yellənən” ştatları ümidsizliyə sürükləyəcək və Amerikanı əbədi bir partiyalı dövlətə çevirəcək. Tramp uduzsa, bu, sonuncu real seçki olacaq”, – biznesmen yazıb.
Xatırladaq ki, ABŞ-da prezident seçkiləri noyabrın 5-də keçiriləcək.
//Samir Qurbanov, Editor.az