Donald Tramp “Ukrayna layihəsi”ni bağlamaq niyyətindədir – britaniyalı analitik Aleksandr Merkurisbackend

Donald Tramp “Ukrayna layihəsi”ni bağlamaq niyyətindədir – britaniyalı analitik Aleksandr Merkuris

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın gələcək administrasiyası artıq bu qənaətə gəlib ki, “Ukrayna layihəsi” bağlanmalıdır.

Editor.az bildirir ki, bu barədə noyabrın 16-da britaniyalı analitik Aleksandr Merkuris özünün YouTube bloqunda məlumat verib. “Onlar razılaşdılar ki, layihəni bağlamaq vaxtıdır” – ekspert deyib.

O, vurğulayıb ki, yeni Tramp administrasiyası Qərb üçün heç bir nəticə vermədən Ukrayna böhranının külli miqdarda Amerika resurslarını “udmasından” xəbərdardır. Merkuriin sözlərinə görə, Rusiya Federasiyası Silahlı Qüvvələrinin (SQ) cəbhədə irəliləməsi fonunda “Ukrayna layihəsi” iflasa uğrayır.

//Samir Qurbanov, Editor.az