Donald Tramp Ukraynaya görə Çin liderinə çağırış etdibackend

Donald Tramp Ukraynaya görə Çin liderinə çağırış etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ prezidenti Donald Tramp bildirib ki, yanvarın 17-də Çin sədri Si Cinpinlə telefon danışığı zamanı Ukraynadakı münaqişənin həlli məsələsində ondan kömək istəyib.

“Bəli. Dedim: bunu həll etmək lazımdır. O, bu istiqamətdə çox iş görməyib. Lakin onun çox gücü var. Bizim kimi…Mən dedim: bunu həll etmək lazımdır”, – Tramp bildirib.

Donald Tramp həmçinin deyib ki, o, Rusiya prezidenti Vladimir Putinlə “çox tezliklə” təmaslar gözləyirəm. Rusiya prezidenti ilə görüşə gəlincə, o da istədiyi vaxt onunla görüşməyə hazır olduğunu bildirib.

//Samir Qurbanov, Editor.az