Donald Tramp və Rəcəb Tayyib Ərdoğan arasında kritik telefon danışığıbackend

Donald Tramp və Rəcəb Tayyib Ərdoğan arasında kritik telefon danışığı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ prezidenti Donald Tramp və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan telefonla Qəzzadakı vəziyyəti və ikitərəfli münasibətləri müzakirə ediblər.

Rəcəb Tayyib Ərdoğan Türkiyənin bölgədə, xüsusilə Qəzzada sülhün bərqərar olması üçün fəal şəkildə çalışdığını vurğulayıb. O qeyd edib ki, Ankara bu məqsədlərə nail olmaq üçün bütün təşəbbüsləri alqışlayır.

Türkiyə prezidenti bəyan edib ki, ölkəsi sülhə nail olmaq üçün diplomatik səyləri sürətləndirib və qlobal sülh gündəminə töhfə verməyə davam edəcək. Ərdoğan vurğulayıb ki, İsrailin hücumlarına son qoyulması regionda sülh təşəbbüslərinin uğurunun açarıdır.

//Samir Qurbanov, Editor.az