Donald Tramp və Vladimir Putin yaxın iki həftədə görüşə bilərlərbackend

Donald Tramp və Vladimir Putin yaxın iki həftədə görüşə bilərlər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovun sözlərinə görə, ABŞ prezidenti Donald Tramp və Rusiya prezidenti Vladimir Putin arasında görüş iki həftə və ya daha sonra baş tuta bilər: “Bu, ortaq bir anlayışdır ki, heç nəyi təxirə salmaq olmaz”.

Qeyd edək ki, Vladimir Putin və Donald Tramp oktyabrın 16-da telefonla danışıb. Daha sonra Tramp rusiyalı həmkarı ilə Budapeştdə görüşə razılaşdığını açıqlayıb.

O qeyd edib ki, onun dövlət katibi Marko Rubio və Rusiya xarici işlər naziri Sergey Lavrov artıq qarşıdakı danışıqlara hazırlaşırlar. Sammitin dəqiq tarixi hələ açıqlanmayıb.

//Samir Qurbanov, Editor.az