ABŞ prezidenti Donald Tramp və Ukrayna prezidenti Vladimir Zelenski oktyabrın 17-də Vaşinqtonda görüşəcək.
Editor.az bildirir ki, bu barədə “Financial Times” mənbələrə istinadən xəbər verir. Qəzetin mənbələrinin məlumatına görə, oktyabrın 14-də Vaşinqtonda Amerika və Ukrayna nümayəndə heyətləri arasında da danışıqlar baş tutacaq.
Onlar müdafiə, enerji və Rusiyaya qarşı sanksiyaları müzakirə edəcəklər. “Reuters”in mənbəsi də prezidentlər arasında görüşü təsdiqləyib.
Vladimir Zelenski oktyabrın 17-də ABŞ-a səfər edəcəyini təsdiqləyib. O, Ukraynanın baş naziri Yuliya Svırıdenko, ofisin rəhbəri Andriy Yermak və Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Ruslan Umerovun artıq Vaşinqtona getməsinə aydınlıq gətirib.
//Samir Qurbanov, Editor.az

