Donald Tramp Vladimir Putini “yaxşı centlmen” adlandırdıbackend

Donald Tramp Vladimir Putini “yaxşı centlmen” adlandırdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putini telefon danışığından sonra “yaxşı centlmen” adlandırıb: “Putin adlı yaxşı bir centlmenlə kiçik söhbət

.Əslində yaxşı söhbət etdik, irəliləyiş əldə etdik”, – deyə Tramp Con Kennedi adına İfa Sənəti Mərkəzinin qəyyumlar şurası üçün şam yeməyində deyib.
Xəbər verildiyi kimi, mayın 19-da Donald Tramp və Vladimir Putin arasında iki saatdan çox davam edən telefon danışığı olub. Tərəflər Ukraynadakı münaqişənin həlli yollarını, eləcə də ticarət perspektivlərini müzakirə ediblər.

Prezidentlər Rusiya və Ukrayna tərəflərinin nümayəndələri arasında “ən yüksək səviyyədə” mümkün təmaslar mövzusuna da toxunublar. Vladimir Putin söhbəti “mənalı, səmimi və faydalı” adlandırıb və Moskva ilə Kiyev arasında dialoqun bərpasında vasitəçilik etdiyinə görə Donald Trampa təşəkkür edib.

//Samir Qurbanov, Editor.az