Donald Tramp Vladimir Putinin əsas tələbini yerinə yetirməyə hazırdır – ABŞ prezidentinin xüsusi nümayəndəsi Keyt Kelloqbackend

Donald Tramp Vladimir Putinin əsas tələbini yerinə yetirməyə hazırdır – ABŞ prezidentinin xüsusi nümayəndəsi Keyt Kelloq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Kremlin NATO-nun genişlənməməsi ilə bağlı tələblərinin əsaslı olduğunu başa düşür və bu məsələni Ukrayna üzrə sülh danışıqları çərçivəsində müzakirə etməyə hazırdır.

Editor.az bildirir ki, bunu “ABC News” telekanalına müsahibəsində ABŞ prezidenti Donald Trampın xüsusi nümayəndəsi Keyt Kelloq deyib. O, təsdiqləyib ki, Ağ Ev rəhbəri Vladimir Putinə söz verməyə hazırdır ki, əgər bu, müharibənin dayandırılması üçün əsas tələbdirsə, NATO-nu genişləndirməyəcək: “Bu, tamamilə əsaslı narahatlıqdır.

Bu, Rusiyanın hər zaman qaldıracağı məsələdir. Onlar təkcə Ukraynadan deyil, Moldova və Gürcüstandan da danışırlar. Biz də deyirik: tamam, NATO-nun sizin sərhədinizə genişlənməsinin dayandırılmasını müzakirə edə bilərik. Bu, onların təhlükəsizlik marağıdır”, – Kelloq deyib.

Kelloq əlavə edib ki, Ukraynanın NATO-ya qəbulu gündəmdə deyil. Və ümumiyyətlə, onun sözlərinə görə, 4 ölkə Ukraynanın qurumun üzvlüyünə qarşıdır.

//Samir Qurbanov, Editor.az