Donald Tramp Vladimir Putinin Ukrayna ilə müharibədə qalib gəlməsinə imkan verməz – Böyük Britaniyanın keçmiş baş naziri Boris Consonbackend

Donald Tramp Vladimir Putinin Ukrayna ilə müharibədə qalib gəlməsinə imkan verməz – Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Donald Tramp Vladimir Putinin Ukraynaya qarşı müharibədə qalib gəlməsinə imkan verməyəcək.

Editor.az bildirir ki, bu fikirləri Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson “France Inter”ə müsahibəsində deyib. “Görəsən, Donald Tramp kimi bir adam Putinə Ukraynanı məğlub etmək şansı versə, Qərbi, NATO-nu və özünü aşağılamaqla mandatına necə başlaya bilər?” – Conson deyib. Jurnalistlərlə söhbətində Conson qeyd edib ki, Trampın Ukraynadakı müharibəni cəmi 24 saat ərzində bitirə biləcəyi barədə bəyanatları ritorikadan başqa bir şey deyil. Bununla belə, Böyük Britaniyanın keçmiş baş naziri hesab edir ki, respublikaçı hələ də Putinin qalib gəlməsinə imkan vermək istəmir.

Conson Trampın eqosuna görə məğlubiyyəti qəbul etməyəcəyini vurğulayıb: “Hər kəs məhz bundan danışır: onun eqosu var, qüruru var. Ümid edirəm ki, Putinin onu məğlub edə biləcəyini heç vaxt qəbul etməz”.

//Samir Qurbanov, Editor.az