Donald Tramp Vladimir Putinlə görüşün anonsunu verdibackend

Donald Tramp Vladimir Putinlə görüşün anonsunu verdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinin ikitərəfli danışıqlar aparmaq istəyini ifadə etdiyini bildirib.

Floridadakı iqamətgahında jurnalistlərə açıqlama verən yeni dövlət başçısı bildirib ki, tərəflər iki ölkə liderləri arasında görüşə hazırlaşır.

Çin sədri Si Cinpinin iştirakı ilə mümkün üçtərəfli danışıqlardan bəhs edən Tramp ABŞ, Rusiya və Çin liderləri arasında görüş məsələsinin daha sonra açıqlanacağını bildirib.

//Samir Qurbanov, Editor.az