ABŞ prezidenti Donald Tramp Sanae Takaiçi Yaponiyanın baş naziri seçilməsi münasibətilə təbrik edib. Amerika liderinin Truth Social səhifəsində buna uyğun yazı dərc olunub: “Yaponiya indicə özünün ilk qadın baş nazirini, böyük müdrikliyə və gücə malik yüksək hörmətə malik şəxsiyyəti seçdi. Bu, Yaponiya xalqı üçün inanılmaz xəbərdir.
Hamını təbrik edirəm!” Donald Tramp Truth Social-da yazıb.
Xatırladaq ki, oktyabrın 4-də 64 yaşlı Sanae Takaiçi hakim Yaponiya Liberal Demokratik Partiyasının (LDP) lideri seçilib. O, parlament tərəfindən təsdiqləndikdən sonra Yaponiyanın Baş naziri olacaq. Bu, ölkə tarixində bir ilk olacaq. Xanım Takaiçi sentyabrın əvvəlində istefa verdiyini elan edən Şiqeru İşibanı əvəz edəcək.
Qeyd edək ki, Sanae Takaichi ifrat sağçı fikirlərin tərəfdarı hesab olunur. O, Yaponiyanın ən böyük mühafizəkar və millətçi QHT olan Nippon Kaigi-nin üzvüdür.
//Samir Qurbanov, Editor.az

