ABŞ prezidenti Donald Tramp, davam edən ticarət tarifləri fonunda, qarşıdakı ayda Çinlə razılığa gələ biləcəyini söyləyib.
O, əlavə edib ki, Çinə qarşı tariflərin daha da artırılmasını istəməz. “Düşünürəm ki, biz Çinlə razılığa gələcəyik… Düşünürəm ki, qarşıdakı üç-dörd həftə ərzində, məncə, bəlkə bütün bu işlər tamamlana bilər”, – deyə Tramp Ağ Evdə jurnalistlərə bildirib.
Çinin ABŞ-a qarşı əlavə əks tədbirlər görəcəyi təqdirdə ABŞ-ın nə edəcəyi ilə bağlı suala prezident deyib ki, o, tariflərin qalxmasını istəmir, çünki insanlar “alışı dayandıracaqlar”.
Daha əvvəl Donald Tramp Çinlə “çox yaxşı” ticarət razılaşmasının əldə edilə biləcəyinə inandığını bildirərək, ABŞ-ın idxala tətbiq etdiyi yüksək tariflər fonunda Çin və Aİ-nin yaxınlaşma ehtimalından narahat olmadığını bildirib.
//Samir Qurbanov, Editor.az