Donald Tramp Yaxın Şərq turnesi çərçivəsində Ər-Riyada gəlibbackend

Donald Tramp Yaxın Şərq turnesi çərçivəsində Ər-Riyada gəlib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ prezidenti Donald Tramp Yaxın Şərqə səfəri çərçivəsində Ər-Riyada gəlib. AP xəbər verir ki, onu Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salman Əl Səud qarşılayıb.

Trampın təyyarəsi Səudiyyə Ərəbistanının hava məkanından keçərkən Səudiyyənin F-15 qırıcıları tərəfindən müşayiət olunub. Bu gün ölkədə ABŞ-Körfəz Əməkdaşlıq Şurasının sammiti keçiriləcək.
Mayın 14-də ABŞ prezidenti Qətərə, mayın 15-də isə BƏƏ-yə səfər edəcək. Bu, Trampın ikinci müddətinin başlamasından bəri ilk uzunmüddətli xarici səfəridir.

Amerika prezidentinin turunun demək olar ki, tamamilə Vaşinqtonla Ərəbistan paytaxtları arasında investisiya sazişlərinin bağlanmasına, eləcə də ABŞ-ın yeni gömrük siyasəti çərçivəsində ticarət məsələlərinə həsr olunacağı gözlənilir. “Axios” yazıb ki, Donald Tramp Fars körfəzi ölkələri ilə 1 trilyon dollarlıq müqavilə bağlamaq niyyətindədir.

//Samir Qurbanov, Editor.az