ABŞ-ın keçmiş prezidenti Donald Tramp Arizona, Corciya, Miçiqan, Nevada, Pensilvaniya, Viskonsin, Şimali Karolina ştatlarının əhalisi arasında populyarlıq baxımından ABŞ-ın hazırkı prezidenti Co Baydeni qabaqlayır.
Editor.az xəbər verir ki, bu, “Bloomberg” və “Morning Consult”un keçirdiyi sorğunun nəticələri göstərib. Sorğu sözügedən ştatlarda noyabrın 27-dən dekabrın 5-dək keçirilib. Bunlar hər iki partiyanın namizədlərinin əhali arasında təxminən bərabər səviyyədə populyar olduğu ştatlardır. Lakin Donald Tramp bütün ştatlarda orta hesabla 5,28 faizlə Co Baydeni qabaqlayır. Ən böyük fərq Şimali Karolina və Corciyada müşahidə olunur – 11 faiz. Sorğunun nəticələrinə görə namizədlər arasında ən kiçik fərq Miçiqan və Arizonadadır – 4 faiz.
Xatırladaq ki, Donald Tramp ABŞ-ın 45-ci prezidentidir. O, 2017-ci ilin yanvarından bu vəzifəni icra edib. Lakin 2021-ci ilin yanvarında keçirilən prezident seçkilərində Co Baydenə uduzub. ABŞ-da prezident seçkiləri 2024-cü ilin noyabrında keçiriləcək. NBC-nin sorğusuna görə, Co Bidenin siyasətini təsdiqləmə reytinqi payızda vəzifəyə gəldiyindən bəri 40% -ə enib.
//Samir Qurbanov, Editor.az

