Donald Tramp yenə nala-mıxa vurdu: Vladimir Zelenskiyə böyük hörmət bəsləyirəmbackend

Donald Tramp yenə nala-mıxa vurdu: Vladimir Zelenskiyə böyük hörmət bəsləyirəm

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ prezidenti Donald Tramp fevralın 27-də bildirib ki, o, Ukrayna prezidenti Vladimir Zelenskiyə böyük hörmət bəsləyir.

Amerika prezidenti bunu Vaşinqtonda Britaniya hökumətinin başçısı Key Starmerlə birgə mətbuat konfransında deyib.

Trampdan fevralın 28-də Zelenski ilə görüşü zamanı fürsətdən istifadə edib “diktator” adlandırdığına görə ondan üzr istəyəcəyini, eyni zamanda, əslində diktator olan Rusiya prezidenti Vladimir Putini tərifləyəcəyini soruşublar. “Düşünürəm ki, sabah saat 11:00-da çox yaxşı görüş keçirəcəyik. Çox yaxşı anlaşacağıq. Mən ona çox hörmət edirəm”, – deyə Tramp cavab verib: “Biz ona çoxlu silah və çoxlu pul verdik və onlar çox cəsarətlə döyüşdülər”, – Tramp bildirib.

//Samir Qurbanov, Editor.az