ABŞ prezidenti Donald Tramp Türkiyəyə səfərinin Rusiya prezidenti Vladimir Putinin Türkiyəyə səfər edib-etməyəcəyindən çox asılı olduğunu bildirib. Amerika lideri belə bir görüşün mümkünlüyünə işarət edib:
“O (Putin) mənim orada olmağımı istərdi və bu, tamamilə mümkündür. Mən orada olmasam, onun orada olub-olmayacağını bilmirəm. Biz bunu öyrənəcəyik”, – deyə Donald Tramp Səudiyyə Ərəbistanından Qətərə uçmazdan əvvəl jurnalistlərə deyib.
//Samir Qurbanov, Editor.az