Rusiya və Ukrayna bu həftə razılığa gələ bilər
Editor.az xəbər verir ki, bu fikri ABŞ prezidenti Donald Tramp “Truth” sosial şəbəkəsindəki səhifəsində bildirib. “Ümid edirəm ki, Rusiya və Ukrayna bu həftə razılığa gələcəklər”, – Tramp deyib. O əlavə edib ki, vəziyyət həll olunduqdan sonra hər iki ölkə ABŞ-la aktiv iş görmək imkanı əldə edəcək.
Qeyd edək ki, Bu həftə Londonda Vaşinqton və Kiyev nümayəndə heyətləri Ukrayna məsələsini müzakirə edəcək. Bundan sonra ABŞ prezidentinin xüsusi elçisi Stiven Vitkoff Rusiyaya yeni səfər edə bilər.
//Samir Qurbanov, Editor.az