Donald Trampdan rekord hərbi büdcə anonsubackend

Donald Trampdan rekord hərbi büdcə anonsu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ müdafiə üçün 1 trilyon dollar ayırıb. Bu, Müdafiə Nazirliyinin ehtiyacları üçün indiyədək ayrılan ən böyük vəsaitdir.

Editor.az xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp İsrailin baş naziri Benyamin Netanyahu ilə görüşündə deyib. “Heç kim belə bir şey görməyib və biz ordumuzu gücləndirməliyik” – Ağ ev rəhbəri deyib. O əlavə edib ki, ABŞ güclü olmalıdır, çünki hazırda dünyada “bir çox pis qüvvələr” var.
Aprelin 3-də ABŞ dövlət katibi Marko Rubio bildirib ki, NATO ölkələri müdafiə xərclərini ÜDM-in hazırkı hədəfi olan 2%-dən 5%-ə qədər artırmalıdır. Alyansın heç bir üzvü bu məqsədlər üçün bu qədər pul xərcləmir. Alyansın məlumatlarına görə, NATO ölkələri arasında nisbi baxımdan müdafiəyə ən çox pul xərcləyənlər Polşa (ÜDM-in 4%-dən çoxu) və Estoniya (ÜDM-in təxminən 3,5%-i) təşkil edir. ÜDM-in 3,4%-i ilə ABŞ üçüncü yerdədir. Latviya və Yunanıstan da ÜDM-in 3%-dən çoxunu müdafiəyə xərcləyir.