Donald Trampdan Rusiya ilə bağlı yeni açıqlama: Əgər bu baş verməsə…backend

Donald Trampdan Rusiya ilə bağlı yeni açıqlama: Əgər bu baş verməsə…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ prezidenti Donald Tramp NATO ilə razılaşmaya əsasən, Ukraynaya “Patriot” hava hücumundan müdafiə sistemlərinin ilk tədarükünə başlanıldığını açıqlayıb: ”

Onlar artıq çatdırılır. Onlar Almaniyadan gətirilir… Və bütün hallarda ABŞ ödənişləri tam şəkildə alır”, – o, jurnalistlərə bildirib.

Bazar ertəsi ABŞ prezidenti Rusiyaya Ukraynada hərbi əməliyyatları dayandırmaq üçün ultimatum verib. Donald Tramp söz verib ki, bu baş verməsə, Rusiya və onun ticarət tərəfdaşlarına 100% rüsum tətbiq olunacaq. Tramp həmçinin NATO müttəfiqləri hesabına Kiyevə silah tədarükünü bərpa edəcəyinə söz verib.

Xüsusilə, Amerika prezidenti yaxın vaxtlarda Kiyevə 17 Patriot sistemi göndərmək planlarını açıqlayıb. BBC-yə müsahibəsində Donald Tramp Vladimir Putindən məyus olduğunu, lakin “hələ onunla işini bitirmədiyini” söyləmişdi.

//Samir Qurbanov, Editor.az