Donald Trampdan Suriya lideri Əhməd əş-Şaaraya təklif: “İbrahim sazişləri”nə qoşulunbackend

Donald Trampdan Suriya lideri Əhməd əş-Şaaraya təklif: “İbrahim sazişləri”nə qoşulun

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ prezidenti Donald Tramp Suriya lideri Əhməd əş-Şaaranı İsraillə “İbrahim sazişi” imzalamağa çağırıb.

Bu barədə Ağ Evin mətbuat katibi Karolin Levitt X sosial şəbəkəsində məlumat verib. Xanım Levitt öz bəyanatında Trampın suriyalı həmkarını nə etməyə çağırdığını nöqtə-xətt sadalayıb. Amerika lideri İsraillə “İbrahim sazişləri”ni imzalamaqla yanaşı, ona “fələstinli terrorçuları deportasiya etməyi”, “bütün xarici terrorçuları Suriyanı tərk etmələri üçün cəzalandırmağı”, “ABŞ-a İŞİD-in (terror təşkilatı) dirçəlişinin qarşısını almağa kömək etməyi” və “İŞİD-in Rusiya tərəfindən qadağan edilmiş həbs mərkəzləri kimi məsuliyyəti öz üzərinə götürməsini” tövsiyə edib.

İnauqurasiyadan sonra Donald Tramp “İbrahim sazişləri” üzərində işi bərpa etməyi planlaşdırdığını açıqlamışdı. O, həmçinin Səudiyyə Ərəbistanının 2025-ci ilin sonuna qədər İsraillə normallaşma sazişi imzalaya biləcəyini təklif edib.
Xatırladaq ki, “İbrahim sazişləri” İsrail və ərəb dünyası arasında diplomatik münasibətlərin normallaşdırılmasına dair müqavilələrdir. 2020-ci ildə ilk razılığa gələn BƏƏ və Bəhreyn olub, sonra Sudan və Mərakeş İsraillə münasibətlərin normallaşdığını elan ediblər.

//Samir Qurbanov, Editor.az