Donald Trampın 2024-cü il ABŞ-dakı prezident seçkilərində qalib gəlməsi Vladimir Putin üçün çox vacibdir – MİK-in keçmiş direktorubackend

Donald Trampın 2024-cü il ABŞ-dakı prezident seçkilərində qalib gəlməsi Vladimir Putin üçün çox vacibdir – MİK-in keçmiş direktoru

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Vladimir Putin üçün Donald Trampın 2024-cü il ABŞ-dakı prezident seçkilərində qalib gəlməsi çox vacibdir.

Editor.az bildirir ki, bu fikri Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş direktoru Con Brennan MSNBC-də şərhində bildirib.

Barak Obamanın ikinci prezidentlik müddətinə Mərkəzi Kəşfiyyat İdarəsinə rəhbərlik edən Brennan, Trampın qələbəsinin Ukraynaya qarşı müharibədə Rusiyanın xeyrinə olacağını iddia edir.

“Hesab edirəm ki, Putin üçün Donald Trampın seçkilərdə qalib gəlməsi çox vacibdir. Putin və Tramp bir-birlərinə vurğun olan avtokratlar cəmiyyətlərinin üzvləridir. Onlar bir-birlərinə yaltaqlanaraq, bir-birinin xeyrinə oynamağa hazırlaşırlar”, – Brennan bildirib. MKİ-nin keçmiş rəhbəri Trampın Ağ Evə qayıtması təkcə Putinin indi “çökdürmək” istədiyi Ukraynaya zərər verməyəcək.

“Əgər Tramp Ağ Evə qayıda bilsə… Putinin əməkdaşlıq edə biləcəyi həmfikir adamı ola bilər ki, bu da şübhəsiz ki, ABŞ-ın və ümumilikdə Qərbin maraqlarına ziyan vura bilər”, – Brennan deyib.

//Samir Qurbanov, Editor.az