ABŞ prezidenti Donald Trampın bəzi köməkçiləri hesab edir ki, Ukraynada nizamlanma ilə bağlı gələcək razılaşmaya Vladimir Zelenskinin istefası daxil edilməlidir.
Editoraz bildirir ki, bu barədə “Bloomberg” adı açıqlanmayan avropalı rəsmiyə istinadən xəbər verir. Trampın özü “daha az sərt fikirlərə sahib olduğu görünür”. Lakin ABŞ administrasiyasının bəzi üzvləri Donald Tramp və Vladimir Zelenski arasında münaqişəyə baxmayaraq, Ukrayna ilə danışıqlardan imtina etməyə hazır deyillər.
“Fox News” iddia edib ki, Ər-Riyaddakı danışıqlardan sonra Rusiya və ABŞ nümayəndə heyətləri Ukrayna üçün üç mərhələli sülh planı hazırlayıblar. Guya bura atəşkəs, Ukraynada prezident seçkilərinin keçirilməsi, sonra isə sülh sazişinin imzalanması daxildir.
//Samir Qurbanov, Editor.az