ABŞ prezidenti Donald Trampın böyük oğlu etiraf edib ki, o, gələcəkdə prezidentlik yarışında iştirak edə bilər.
Onun atasından sonra “dəyənəyi götürməyə” hazır olub-olmaması ilə bağlı suala cavabı “Reuters” agentliyi yayıb. “Beləliklə, cavab budur ki, bilmirəm, bəlkə bir gün olacaq. Bilirsiniz, çağırış var. Mən həmişə bu işlərin çox səsli müdafiəçisi olacağam. Düşünürəm ki, atam həqiqətən Respublika Partiyasını dəyişdi.”, – kiçik Tramp bildirib.
Xatırladaq ki, kiçik Tramp hazırda 1789 Capital investisiya şirkətinin tərəfdaşıdır və “Trump Organization”un icraçı vitse-prezidentidir. Onun bu il 48 yaşı tamam olacaq.
Bundan əvvəl jurnalistlər Donald Trampın özünün üçüncü müddətə ABŞ prezidenti olmağa hazır olub-olmaması ilə maraqlanırdılar. O, tərəfdarlarının çoxu ona yenidən namizədliyini irəli sürməyi məsləhət bildiyi üçün bu barədə düşünəcəyini deyib.
//Samir Qurbanov, Editor.az