ABŞ ordusunun 250 illiyinə həsr olunmuş və iyunun 14-də Vaşinqtonda keçirilməsi planlaşdırılan hərbi parad təxminən 25-45 milyon dollara başa gələcək.
Editor.az xəbər verir ki, bu barədə “The Washington Post” ordu nümayəndəsinə istinadən yazır. Paradda onlarla döyüş təyyarəsi, yüzlərlə ordu maşını və ölkənin hər yerindən şəhərin mərkəzindəki hökumət binalarında gecələyəcək minlərlə hərbçi iştirak edəcək. Parad prezident Donald Trampın 79 yaşı tamam olduğu gün baş tutacaq.
Ordunun sözçüsü Stiv Uorren bildirib ki, tədbirdə bütün aktiv ordu hissələrinin nümayəndələri, 150 texnika, 50 təyyarə və 6600 əsgər iştirak edəcək. Milli Mall-da hərbi nümayişlər, musiqili çıxışlar və fitnes yarışları ilə atəşfəşanlıq və bir gün davam edəcək festival olacaq.
//Samir Qurbanov, Editor.az