ABŞ ordusunun katibi Daniel Driskoll Kiyevdə Avropa diplomatları ilə görüşüb və onları Ukraynada sülh razılaşmasını sürətləndirməyə çağırıb.
Editor.az xəbər verir ki , “The New York Times” (NYT) qəzetinin iki Qərb rəsmisinə istinadən verdiyi məlumata görə, danışıqların məqsədi Aİ nümayəndələrini Amerika sülh planı ilə tanış etməkdir. Görüş zamanı Driskoll vurğulayıb ki, Rusiya Ukraynada bu silahların müntəzəm istifadəsinə baxmayaraq, ehtiyatlarını artırmaq üçün kifayət qədər uzunmənzilli raketlər istehsal edir. NYT mənbələri katibin mövqeyinin avropalıların ürəyincə olduğunu aydınlaşdırıb.
NBC News-un məlumatına görə, Driskoll həmçinin Ukrayna qoşunlarının “son dərəcə ağır vəziyyəti” və münaqişə uzanarsa, onların “qaçılmaz məğlubiyyəti” barədə xəbərdarlıq edib. NBC mənbələrindən biri edib ki, ABŞ katibinin mesajı belə olub: “Siz uduzursunuz və razılaşmanı qəbul etməlisiniz”.
Qeyd edək ki, iki gün əvvəl ABŞ prezidenti Donald Tramp Vaşinqton tərəfindən hazırlanmış sülh planının 28 bənddən 22 bəndə endirildiyini açıqlayıb. Cənab Tramp plandan dəqiq nəyin çıxarıldığını dəqiqləşdirməyib. Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkovun sözlərinə görə, ABŞ prezidentinin xüsusi elçisi Stiv Vitkov Moskvaya gəldikdən sonra Rusiya tərəfi “nə gətirsə, onunla” işləyəcək.
//Samir Qurbanov, Editor.az

