Donald Trampın əleyhidarları təlaş içində: repessiyalar başlaya bilərbackend

Donald Trampın əleyhidarları təlaş içində: repessiyalar başlaya bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampı tənqid edən rəsmilər mümkün həbslərə hazırlaşır.

Editor.az bildirir ki, bu barədə “The Guardian” qəzeti yazıb. Nəşrə görə, gələcək Amerika liderinin siyasi əleyhdarları andiçmə mərasimindən sonra hadisələrin inkişafı üçün “kifayət qədər sürreal ssenariləri” istisna etmirlər. Digər şeylər arasında onlar Trampın “açıq-aşkar zorakılığa” əl atacağını güman edirlər. ABŞ Konqresinin Kaliforniya ştatından olan üzvü Jared Huffman deyib ki, onun bəzi həmkarları özlərinə və ailələrinə qarşı “daimi zorakılıq təhlükəsi” altında yaşayırlar.
“New York Times” daha əvvəl yazmışdı ki, Tramp yeni prezidentlik müddətinə “qisas dalğası” ilə başlaya bilər. Bildirilib ki, o, çoxsaylı impiçmentlər, araşdırmalar və məhkəmə çəkişmələri vasitəsilə siyasi rəqiblərini təqib etmək niyyətindədir. “Politico” ABŞ Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general Çarlz Braunun mümkün işdən çıxarılması ilə bağlı Pentaqonun narahatlığını bildirib.

“Reuters” xəbər verir ki, Trampın komandası ABŞ Silahlı Qüvvələrinin keçmiş sədri Mark Millli ilə əlaqədə olanlar da daxil olmaqla, işdən çıxarılacaq zabitlərin siyahısını hazırlayır.
Bu arada ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü Bayron Donalds “qisas siyahısı” ilə bağlı bəyanatı təkzib edərək qeyd edib ki, Ağ Evin yeni rəhbərinin prioriteti qeyri-qanuni miqrantların deportasiyası və ölkə iqtisadiyyatının bərpası olacaq.

//Samir Qurbanov, Editor.az