ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın keçmiş müşaviri Stiven Bannon İtaliyanın “Corriere della Sera” qəzetinə müsahibəsində sahibkar İlon Maskı “həqiqətən pis adam” adlandırıb.
O, yanvarın 20-nə planlaşdırılan yeni dövlət başçısının andiçmə mərasiminə qədər biznesmeni Ağ Evdən “qovmağa” çalışacağını bildirib. “Onun Ağ Evə tam girişi olmayacaq. “O da hamı kimi olacaq” -deyə Bannon söz verib.
Bannon həmçinin Maskı “texnofeodalizm” tərəfdarı kimi görür. Respublikaçının keçmiş müşaviri iş adamına vətəni Cənubi Afrikaya qayıtmağı məsləhət görərək, “Tesla”nın yaradıcısının yeganə məqsədinin “trilyonçu olmaq” olduğunu vurğulayıb.
Biznesmen respublikaçıların seçki kampaniyasına 250 milyon dollardan çox pul xərcləyib. O, Trampın xarici liderlərlə telefon danışıqlarında iştirak edib və medianın məlumatına görə, yeni administrasiyanın formalaşmasına təsir göstərib. Mənbələr siyasətçinin komandasında Maskın bu proseslərdə hədsiz fəal iştirakından narazılığından danışıblar.
//Samir Qurbanov, Editor.az