Donald Trampın komandası Pentaqondan qovulacaq yüksək rütbəli zabitlərinin siyahılarını hazırlayıbbackend

Donald Trampın komandası Pentaqondan qovulacaq yüksək rütbəli zabitlərinin siyahılarını hazırlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın keçid komandası siyasətçinin andiçmə mərasimindən sonra işdən çıxarıla biləcək Müdafiə Nazirliyinin yüksək rütbəli zabitlərinin siyahılarını hazırlayıb.

Editor.az bildirir ki, bu barədə “Reuters” məlumat yayıb. Plana ilkin olaraq Birləşmiş Qərargah Rəisləri Komitəsinin (JCS) üzvlərinin, o cümlədən onun keçmiş rəhbəri Mark Millinin təyin edilmiş şəxslərinin vəzifədən azad edilməsi daxildir. Nazir postuna əsas namizəd Pit Xeqset təşəbbüsü dəstəkləyib.

Məqalə müəllifləri istefaya ən çox ehtimal olunan namizədlər arasında Birləşmiş Qərargah Rəisləri Komitəsinin hazırkı sədri, general Çarlz Braunun da olduğunu yazıblar. Bundan əlavə, müşahidəçilər Donald Trampın administrasiyası dövründə 2019-cu ilin sentyabrında respublikaçıların birinci dövründə bu vəzifəni icra edən keçmiş Birləşmiş Qərargah rəisi Mark Milley ilə əlaqəli olan zabitlərin işdən çıxarılacağını ehtimal edirlər. “Reuters” xatırladır ki, Milley əvvəllər Trampın siyasətini dəfələrlə tənqid edib.

Mənbələr qeyd edib ki, “daha çox zabit” vəzifələrindən uzaqlaşdırılacaq. Eyni zamanda, agentlikdən müsahibə götürmüş keçmiş və indiki Amerika rəsmiləri hesab edirlər ki, genişmiqyaslı kadr dəyişikliyi mümkün deyil, çünki bu, zəruri deyil və Ukrayna böhranı və Yaxın Şərq münaqişəsinin kəskinləşməsi fonunda Pentaqonun fəaliyyətini pozacaq.
Dünən, noyabrın 13-də Donald Tramp Pentaqonun rəhbəri vəzifəsinə “Fox News” telekanalının aparıcısı, İraq və Əfqanıstan müharibəsinin veteranı Pit Heqseti namizəd göstərib.

//Samir Qurbanov, Editor.az