Donald Trampın oğlunu öldürmək istəyirlərbackend

Donald Trampın oğlunu öldürmək istəyirlər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın keçmiş prezidenti Donald Trampın oğlu kiçik Donald Tramp poçtda ağ toz olan zərf alıb.

Zərfin içərisində konkret hansı maddənin olduğu məlum deyil. Nəşr fövqəladə hallar işçilərinin kiçik Donald Trampın Yupiterdəki (Florida) evinə daxil olduğunu əks etdirən fotoları dərc edib.

Editor.az “The Daily Beast”ə istinadən xəbər verir ki, siyasətçinin həyatı təhlükədə deyil. Nəşr qeyd edir ki, Yupiter Polis Departamenti şərh sorğusuna cavab verməyib. “İkinci dəfədir ki, bir dəli solçu mənə e-poçt göndərir. Ağ tozla məni ölümlə hədələyirlər.

Bu, iki dəfə tanınmış demokratın başına gəlsəydi, Konqresdə dinləmələr olacaqdı, amma mənim soyadım Tramp olduğu üçün media susacaq. Solların mənim ailəmə nifrəti sərhəd tanımır”, – deyə siyasətçi “Mxmnews.com” portalı ilə söhbətində bildirib.

Qeyd edək ki, Kiçik Donald Trampın 46 yaşı var. Hazırda o, “The Trump Organization”ın vitse-prezidenti vəzifəsini tutur (daşınmaz əmlaka, otellərə, qolf klublarına və digər bizneslərə nəzarət edir). Şirkətin icraçı vitse-prezidentləri Donald Trampın digər iki övladı İvanka və Erikdir. 2017-ci ildə Kiçik Donald Tramp atasının prezident seçkiləri kampaniyasında iştirak edib.

//Samir Qurbanov, Editor.az