Donald Trampın Partiyası Senatı da götürürbackend

Donald Trampın Partiyası Senatı da götürür

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Respublikaçılar Partiyasının üzvləri Senatda (ABŞ Konqresinin yuxarı palatası) 51 yer əldə ediblər ki, bu da onlara çoxluq verir.

“Fox News” xəbər verir ki, Demokratlar, ilkin məlumatlara görə, 43 yerə sahibdirlər.

Respublikaçıların qələbəsini Donald Trampın namizədliyini təsdiqlədiyi Berni Moreno gətirib. Moreno, Senatın Bank Komitəsinə sədrlik edən, üç müddətə senator olmuş demokrat Şerrod Braunu üstələyib. “The Washington Post” qəzetinin yazdığına görə, respublikaçı kripto sənayesindəki reklamdan milyonlarla dollar qazanıb. Nümayəndələr Palatasında (Konqresin aşağı palatası) hazırda respublikaçılar 186, Demokratlar partiyası isə 160 yerə malikdir. Çoxluğu əldə etmək üçün 218 səs toplamaq lazımdır.

Xatırladaq ki, dünən, noyabrın 5-də ABŞ-da prezident seçkiləri başlayıb və indi səslər hesablanır. Tramp bütün yeddi yelləncək ştatında liderlik edib. “The New York Times” onun qələbəsini 88% ehtimalla proqnozlaşdırır. Amerikalılar həmçinin 11 ştatın qubernatorlarını seçməli olacaqlar.

//Samir Qurbanov, Editor.az