Avropa ABŞ-dan iqtisadi cəhətdən daha muxtar imkanlara malik olmalıdır.
Editor.az bildirir ki, “Eurogroup”un sədri Paskal Donoxe belə hesab edir. O, bu yanaşmanı noyabrda ABŞ-da keçiriləcək prezident seçkilərində Donald Trampın mümkün qələbəsi ilə əlaqələndirib: “Biz iqtisadi cəhətdən daha muxtar olmalıyıq, Avropa bazarının səmərəliliyini artırmalıyıq ki, Amerikada baş verə biləcək dəyişikliklərin öhdəsindən gəlmək üçün əlverişli vəziyyətdə olaq” – dyeə Donoe bildirib.
Bu arada ABŞ-ın vitse-prezidentliyə namizədi J.D.Vens bildirib ki, o və Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp “Avropa ilə tarixi dostluqlarını” saxlamaq istəyirlər. Lakin noyabrın 5-də keçiriləcək seçkilərdə qalib gəlsələr, müdafiə və enerji sektorlarında Avropa İttifaqından daha çox müstəqillik tələb edəcəklər.
Xatırladaq ki, “Evroqrup” avrozona nazirlərinin maliyyə siyasəti məsələlərinin müzakirə edildiyi Avropa İttifaqı daxilində qeyri-rəsmi qurumdur. Qurumun əsas funksiyası Avropa İttifaqı Şurasının iqtisadi və maliyyə məsələləri üzrə iclaslarını təşkil etməkdir.
//Samir Qurbanov, Editor.az