Donald Trampın qələbəsi qətiləşirbackend

Donald Trampın qələbəsi qətiləşir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Respublikaçı Donald Tramp qələbə üçün zəruri olan seçici səslərinin sayını toplayaraq ikinci dəfə Ağ Evə qayıdacaq

“The Hill” nəşrinin məlumatına görə, Pensilvaniya və Alyaskada həlledici qələbələrlə Donald Trampın tələb olunan 270 seçici səsini qazanacağı və qalmaqalla vəzifəsini tərk etdikdən təxminən dörd il sonra Ağ Evə qayıdacağı proqnozlaşdırılır.

Bu qələbə onu Qrover Klivlenddən sonra fasilədən sonra ikinci müddətə qalib gələn ilk prezident edir. 2024-cü il kampaniyası Trampa qarşı məhkəmə iddiaları, onun həyatına sui-qəsdlər və Demokrat namizədin dəyişdirilməsi ilə əlamətdar olub.
Tramp Corciya və Şimali Karolina ştatlarında üstünlük əldə edərək, ona demokratların “mavi divar” adlandırdığı divarı sındırmağa kömək edib. O, Latın seçiciləri, gənclər və kənd sakinləri arasında dəstəyi artırıb. Qələbənin əsas amillərindən biri genişmiqyaslı deportasiya vədləri, vergilərin azaldılması, ümumi rüsumların tətbiqi, təhsil və ətraf mühit sahəsində vəd etdiyi islahatlar mühüm rol oynayıb.

İrəli sürülən starategiya Trampın hökumətdəki mühafizəkar dəyişiklikləri, o cümlədən Ali Məhkəməyə təyinatları həyata keçirməsini nəzərdə tutur və bu, respublikaçılara gələcək onilliklər üçün hüquqi məsələlərdə əhəmiyyətli üstünlüklər verə bilər. Onun qələbəsi təkcə siyasi dönüş deyil, həm də ölkə siyasətinə yenidən təsir etmək şansı deməkdir.

//Samir Qurbanov, Editor.az