Donald Trampın Qrenlandiya “sevdası” bitmir: Qrenlandiyaya ehtiyacımız varbackend

Donald Trampın Qrenlandiya “sevdası” bitmir: Qrenlandiyaya ehtiyacımız var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın təhlükəsizlik səbəbləri ilə Qrenlandiyaya (Danimarka ərazisi) “ehtiyacı var”.

ABŞ Prezidenti Donald Tramp bunu təyyarədə keçirdiyi brifinq zamanı bildirib. O, bunun “hazırda Vaşinqton üçün” “strateji cəhətdən vacib” olduğunu vurğulayıb: “Qrenlandiya hər tərəfdən Rusiya və Çin gəmiləri ilə əhatə olunub. Milli təhlükəsizlik üçün Qrenlandiyaya ehtiyacımız var, – Danimarka isə bunu edə bilməz”, – deyə Tramp bildirib.

O, istehza ilə qeyd edib ki, Danimarka adanın müdafiəsini gücləndirmək üçün “başqa bir it xizəyi əlavə edib. Milli təhlükəsizlik üçün Qrenlandiyaya ehtiyacımız var, Avropa Birliyi isə bizdən buna ehtiyac duyur və onlar bunu bilirlər”, – deyə Amerika prezidenti yekunlaşdırıb.

//Samir Qurbanov, Editor.az