Donald Trampın Rusiyaya qarşı mövqeyi dəyişir: sanksiyalar sərtləşdiriləcəkbackend

Donald Trampın Rusiyaya qarşı mövqeyi dəyişir: sanksiyalar sərtləşdiriləcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ prezidenti Donald Tramp deyib ki, o, Rusiyaya qarşı daha sərt sanksiyaları nəzərdən keçirir. O, bu barədə Nyu-Cersidən Vaşinqtona uçarkən jurnalistlərə bildirib.

Trampın sözlərinə görə, o, Rusiya ilə Ukrayna arasında gedən dialoq zamanı Rusiyanın Ukrayna obyektlərinə hücumundan narazıdır: “Biz sadəcə olaraq danışırıq, o isə Kiyevə və digər şəhərlərə raketlər atır”, – ABŞ prezidenti bildirib.

Daha əvvəl Amerika mediası mənbələrə istinadən xəbər vermişdi ki, Donald Tramp Putinlə telefon danışığından sonra Avropa ölkələrinin liderlərinə Rusiyaya qarşı sanksiyalar tətbiq etmək niyyətində olmadığını demişdi: çünki onun fikrincə Moskva, Ukrayna münaqişəsinin həllinə ciddi yanaşır.

//Samir Qurbanov, Editor.az