Donald Trampın səbri tükənib – ABŞ-ın Türkiyədəki səfiri Tomas Barakbackend

Donald Trampın səbri tükənib – ABŞ-ın Türkiyədəki səfiri Tomas Barak

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın Türkiyədəki səfiri və Suriya üzrə xüsusi elçisi Tomas Barak bildirib ki, Türkiyə Rusiya-Ukrayna münaqişəsinin həllində əsas rol oynayır.

Onun sözlərinə görə, ABŞ prezidenti Donald Tramp davam edən hərbi əməliyyatlara görə “səbrinin sonuna çatır”: “Düşünürəm ki, Türkiyənin həm Rusiya, həm də Ukrayna ilə ənənəvi əlaqələri var və bu, ona dialoqun qurulmasında mühüm vasitəçi olmağa imkan verir”, – deyə səfir Türkiyənin “Star” qəzetinə müsahibəsində bildirib.

Qeyd edək ki, iyunun 2-də Rusiya və Ukrayna nümayəndə heyətləri İstanbulda sülh danışıqlarının ikinci raundu keçiriblər və nəticədə ən böyük məhbus mübadiləsinə dair razılaşmaya nail olublar. Lakin danışıqlarda təqdim olunan Rusiya və Ukrayna memorandumlarında münaqişəyə son qoymaq üçün bir-birini istisna edən iki ssenari olduğu üçün uzunmüddətli nizamlanmanın müzakirəsi qeyri-mümkün olub. ABŞ prezidenti Donald Tramp danışıqlar prosesinin tezliklə başa çatacağına ümid etdiyini bildirib. Lakin eyni zamanda o, Rusiya və Ukrayna prezidentləri Vladimir Putin və Vladimir Zelenskini “inadkar” adlandırıb.

//Samir Qurbanov, Editor.az