Donald Trampın şəxsi “Boeing 757” təyyarəsi başqa bir təyyarə ilə toqquşubbackend

Donald Trampın şəxsi “Boeing 757” təyyarəsi başqa bir təyyarə ilə toqquşub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın keçmiş prezidenti Donald Trampın şəxsi “Boeing 757” təyyarəsi Florida ştatındakı West Palm Beach beynəlxalq hava limanında başqa bir korporativ təyyarə ilə toqquşub.

Editor.az bildirir ki, bu barədə “Reuters” və CNBC mənbələrə istinadən xəbər verir. Hadisə mayın 12-nə keçən gecə baş verib. Federal Aviasiya Administrasiyası (FAA) şəxsi “Boeing 757”nin həmin gün park edilmiş və boş bir korporativ təyyarədə qanadına ilişdiyini təsdiqləyib.

Bununla belə, departamentin mesajında təyyarənin kimə məxsus olduğu göstərilməyib. FAA araşdırmaya başlayıb. “Reuters” yazır ki, Donald Tramp 2010-cu ildə 100 milyon dollara “Boeing 757” alıb. “The Telegraph”a görə, Trampın əmri ilə təyyarənin tutumu beş dəfə azaldılıb – 239 sərnişin oturacağından 43 yerə endirilib.

//Samir Qurbanov, Editor.az