Donald Trampın sonuncu rəqibi də prezidentlik yarışını tərk etdibackend

Donald Trampın sonuncu rəqibi də prezidentlik yarışını tərk etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın BMT-dəki keçmiş səfiri və Cənubi Karolinanın keçmiş qubernatoru Nikki Heyli Respublikaçılar Partiyasından prezidentliyə namizədliyi uğrunda mübarizədən imtina etdiyini açıqlayıb.

O, ABŞ-ın keçmiş prezidenti Donald Trampın Respublikaçılar Partiyasından sonuncu rəqibi idi.

Editor.az bu barədə “Reuters”ə istinadən xəbər verir. “Kampaniyamı dayandırmağın vaxtıdır. Mən heç nəyə görə peşman deyiləm”, – Nikki Heyli tərəfdarları qarşısında deyib. “Reuters” qeyd edir ki, Nikki Heylinin prezidentlik yarışından geri çəkilməsi Donald Trampın qarşıdan gələn seçkilərdə hazırkı prezident Co Baydenlə “revanş görüşü”ndə Respublikaçılar Partiyasının namizədi olmasını təmin edir. “The Wall Street Journal” daha əvvəl xəbər vermişdi ki, xanım Heyli namizədlik yarışından geri çəkildiyini elan etməyi planlaşdırır.

Nəşrin mənbələrinə görə, Nikki Heyli yarışı tərk etdikdən sonra heç bir iştirakçını dəstəkləmək fikrində deyil. Eyni zamanda o, Donald Trampı onu dəstəkləyən seçicilərin səsini almağa çağırmaq niyyətindədir.

//Samir Qurbanov, Editor.az