Donald Trampın sülh planında Kiyevə təhlükəsizlik zəmanətləri nəzərdə tutulmurbackend

Donald Trampın sülh planında Kiyevə təhlükəsizlik zəmanətləri nəzərdə tutulmur

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

WSJ Ağ Evdəki mənbəyə istinadən yazır ki, ABŞ prezidenti Donald Tramp Rusiya-Ukrayna münaqişəsi ilə bağlı Vaşinqtonun hərbi əməliyyatların yenidən baş verəcəyi təqdirdə Kiyevə verdiyi təhlükəsizlik zəmanətlərini daxil edilməyən razılaşma əldə etməyə çalışır.

Onun sözlərinə görə, ABŞ atəşkəsdən sonra amerikalı hərbçiləri Ukraynaya sülhməramlı missiya üçün göndərmək niyyətində deyil.

Təhlükəsizlik zəmanətləri məsələsi fevralın 24-də Vaşinqtonda Donald Tramp və Fransa prezidenti Emmanuel Makron arasında danışıqlar zamanı müzakirə edilib. WSJ-dəki mənbənin məlumatına görə, Fransa lideri ABŞ-ı Avropa sülhməramlılarına hərbi dəstək verməyə çağırıb və Amerika prezidenti “bu fikrin əleyhinə olmayıb”. Ancaq mənbənin “Financial Times”a verdiyi məlumata görə, heç bir razılıq əldə olunmayıb.

Britaniya və Fransa təhlükəsizlik zəmanəti olaraq Ukraynaya Avropa sülhməramlılarının göndərilməsi planı hazırlayıb.

//Samir Qurbanov, Editor.az