Donald Trampın təyinatları Amerikanı qarışdırıbbackend

Donald Trampın təyinatları Amerikanı qarışdırıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın Müdafiə Nazirliyi və Milli Kəşfiyyat rəhbərləri vəzifələrinə irəli sürdüyü namizədlər ordu və kəşfiyyat rəsmilərinin hiddətinə səbəb olub.

Editor.az bildirir ki, bu barədə “Reuters” və “The Financial Times” departament əməkdaşları arasında olan mənbələrə istinadən yazıb. Qeyd edək ki, Tramp bundan əvvəl hərbi departamentin rəhbəri vəzifəsinə Pit Heqseti, kəşfiyyat rəhbəri vəzifəsinə isə Tulsi Qabbardın namizədliyini irəli sürüb. Kəşfiyyat rəsmiləri “Reuters” agentliyinə deyiblər ki, “Trampın bütün təyinatları yanlış istiqamətdə gedir”.

Onlar Donald Trampın müşavirlərinin yeni prezidentə “qlobal təhlükələrə təhrif olunmuş baxış” aşılaya biləcəyindən ehtiyat edirlər. Bundan əlavə, kəşfiyyat ictimaiyyəti ehtiyat edir ki, Trampın gəlişi kəşfiyyat məlumatlarının mübadiləsinin ləngiməsinə səbəb ola bilər. Bu da öz növbəsində ABŞ, Böyük Britaniya, Kanada, Avstraliya və Yeni Zelandiyanın daxil olduğu kəşfiyyat alyansı “Project Five Eyes”in (FVEY) fəaliyyətinə təsir göstərəcək.

“Reuters” xəbərində deyilir ki, kəşfiyyat dairələrindəki qorxular MKİ-nin rəhbəri vəzifəsinə namizədin seçilməsi ilə “azaldıla” bilər. Tramp bu vəzifəyə Respublikaçının birinci dövrünün sonunda milli kəşfiyyatın direktoru vəzifəsində çalışmış Con Ratkliffin namizədliyini irəli sürüb. “The Financial Times” yazır ki, Pit Heqsetin Müdafiə Nazirliyinin rəhbəri postuna namizədliyi də hərbi ictimaiyyətdə mənfi reaksiyaya səbəb olub. FT mənbələri Heqsetin namizədliyini “dəli addım” adlandırıblar. Çünki onun idarəyə rəhbərlik etmək üçün lazımi təsirə malik olmadığına inanırlar.

Həmsöhbətlər hesab edirlər ki, Pit Heqset “qlobal münaqişə” şəraitində işləmək iqtidarında deyil və “ABŞ-ın müdafiə strukturunun sabitliyinə təhlükə” yaradır. Nəşrin müsahibə verdiyi ekspertlər də Heqsetin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri də daxil olmaqla yüksək rütbəli hərbi rəhbərlərin işdən çıxarılmasının zəruriliyi ilə bağlı açıqlamalarını pisləyiblər.

Xatırladaq ki, Donald Trampın irəli sürdüyü namizədlər siyahısına senator Marko Rubio ABŞ dövlət katibi, konqresmen Mett Gaetz baş prokuror, Keş Patel isə FTB-nin direktoru ola bilər. Tramp həmçinin çoxdankı dostu, investor Steven Uitkoffu Yaxın Şərq üzrə xüsusi elçi təyin edəcəyini açıqlayıb.

//Samir Qurbanov, Editor.az