ABŞ prezidenti Donald Trampın Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloq fevralın 19-u səhər saatlarında Kiyevə gəlib.
Editor.az bildirir ki, bu barədə “Suspilne” məlumat yayıb. Paytaxtın dəmir yolu vağzalında onu ABŞ-ın Ukraynadakı səfiri Bridcet Brink qarşılayıb. Kelloqq səfərini “yaxşı potensial danışıqlar aparmaq şansı” adlandırıb. “Biz dinləyəcəyik. Lazım olanı təmin etməyə hazırıq.
Biz təhlükəsizlik zəmanətlərinə ehtiyac olduğunu anlayırıq” deyə o, “missiyasının bir hissəsini dinləmək olduğunu” qeyd edib. Ağ Ev komandasının üzvü səfərin nəticələrini Trampa çatdıracağına söz verib.
//Samir Qurbanov, Editor.az

