Donald Trampın Ukraynadakı münaqişənin həlli ilə bağlı təklifləri Rusiyanı qane etmirbackend

Donald Trampın Ukraynadakı münaqişənin həlli ilə bağlı təklifləri Rusiyanı qane etmir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya tərəfi ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın komandasının Ukraynadakı münaqişənin həlli ilə bağlı təklifləri ilə razılaşmır.

Editor.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib. O izah edib ki, söhbət hərbi əməliyyatların dondurulması, Ukraynanın NATO-ya daxil olmasının təxirə salınması və ölkəyə sülhməramlı qoşunların yeridilməsi planlarından gedir.

“Biz, əlbəttə ki, seçilmiş prezidentin komandasının nümayəndələri adından Ukraynanın NATO-ya üzvlüyünün 20 il müddətinə təxirə salınması, habelə Ukraynaya “Britaniya və Avropa qüvvələrinin” sülhməramlı kontingentinin daxil edilməsi ilə bağlı irəli sürülən təkliflərdən razı deyilik”, – nazir vurğulayıb. Lavrov qeyd edib ki, Trampın yanvarın 20-də andiçmə mərasimindən əvvəl ABŞ siyasətini ölkənin hazırkı prezidenti Co Bayden müəyyən edir və yalnız onun administrasiyası Vaşinqton adından Moskva ilə əlaqə saxlamaq səlahiyyətinə malikdir. Onun sözlərinə görə, belə təmaslar vaxtaşırı baş verir.

//Samir Qurbanov, Editor.az