Donald Trampın yaxın ətrafı Vladimir Putinə qarşıdırbackend

Donald Trampın yaxın ətrafı Vladimir Putinə qarşıdır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ prezidenti Donald Trampın yaxın ətrafı Ağ Ev rəhbərinə Vladimir Putinlə telefon danışığından çəkinməyi tövsiyə edib.
Bu barədə NBC telekanalı ABŞ prezident administrasiyasındakı mənbələrə istinadən məlumat yayıb.

Nəşrin həmsöhbətləri hesab edirlər ki, prezidentlər arasında telefon danışığı yalnız Rusiya Ukraynada tam atəşkəsə razılaşdıqdan sonra mümkün olacaq. NBC dəqiqləşdirib ki, hazırda Vladimir Putin və Donald Tramp arasında planlaşdırılmış telefon danışığı yoxdur.

//Samir Qurbanov, Editor.az