ABŞ prezidenti Donald Tramp bildirib ki, əczaçılıq məhsullarına gömrük rüsumları Vaşinqton tərəfindən tətbiq ediləcək.
“Bizim hamıdan üstünlüyümüz böyük bazar olmağımızdır. Ona görə də yaxın vaxtlarda əczaçılıq məhsullarına böyük tariflərin tətbiqini elan edəcəyik”, – ABŞ prezidenti deyib.
Bundan əvvəl ABŞ qlobal bazarlar üçün şok yaradan yeni “güzgü” rüsumlarını açıqlamışdı.
//Samir Qurbanov, Editor.az