Ağ Ev X sosial şəbəkəsində Donald Trampın yeni rəsmi portretini yayımlayıb.
Tramp-ın prezident kimi ilk dövründə çəkilmiş əvvəlki şəkli, onun Amerika bayrağı fonunda gülümsədiyini göstərir. Yeni versiyada Amerika prezidenti qara fonda ciddi sifətlə təsvir olunub. O, həmçinin mavi qalstukunu imzalı qırmızı qalstukla dəyişib.
Donald Tramp portret kimi rəssamın əsərinin deyil, fotoşəkili seçən ilk ABŞ prezidenti olub. CBS News-un məlumatına görə, yeni portret tezliklə ABŞ-da federal binalarda və ofislərdə prezidentin şəkillərini əvəz edəcək. Vitse-prezident J.D.Vens və birinci xanım Melaniya Trampın portretləri eyni olaraq qalır.
Bundan əvvəl ABŞ prezidenti Rusiya prezidenti Vladimir Putindən hədiyyə olaraq 2024-cü ilin iyulunda Pensilvaniyada çıxışı zamanı Trampa uğursuz sui-qəsd anını əks etdirən portret alıb. Rəsmin mərkəzində yanağında qanayan güllə yarası olan Donald Trampın özü var. Portretin müəllifi rəssam Nikas Safronovdur.
//Samir Qurbanov, Editor.az