Donald Trampın yenidən seçilmək şansı yüksəkdir: SƏBƏB nədir?- ŞƏRHbackend

Donald Trampın yenidən seçilmək şansı yüksəkdir: SƏBƏB nədir?- ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Donald Tramp biznesmendir. Ümumiyyətlə, respublikaçıların Amerikada iqtidara gəlməsi hər zaman daha çox ABŞ-ı öz maraqlarına uyğun hərəkət etməyə sövq edir. Demokratlar daha çox insan haqları, demokratiya şüarları altında hərəkət edir. Ancaq respublikaçılar xarici siyasətdə daha çox ABŞ-ın maraqlarını üstün tutur. Düzdür, onların da maraqları ortaya gəldikdə daha çox “yırtıcı”ya  çevrilməyi bacarırlar. Ona görə də avtoritar bilinən ölkələrin bu tipli hakimiyyətlə münasibətlər saxlamağı və onu inkişaf etdirməyi daha asandır”.

Bu fikirləri Editor.az-a açıqlamasında Donald Trampın yenidən ABŞ prezidenti seçilməsi ilə bağlı danışarkən politoloq Əhəd Məmmədli deyib.

Onun sözlərinə görə, D.Trampın iqtidara gəlməsi orta statistik Amerika üçün maraqlı deyil:

“Onlara maraqlı olan əsas məsələ daxili həyatın, sosial təminatların yaxşılaşdırılmasıdır. Belə ki, faktiki olaraq isə D. Trampın prezidentliyi dövründə orta statistik ABŞ-ın sosial durumu daha  da yaxşılaşmışdı. Hazırda da daxili sosial siyasət üçün Tramp amerikalılara sərf edir. Xarici siyasətdə isə onun digər ölkələrlə uzlaşdırıcı mövqeyi müsbət həllərə yol açır. Belə ki, ABŞ tarixində ilk dəfə ölkə Prezidenti Şimali Koreya lideri ilə görüşdü. ABŞ-la çətin münasibətdə olan ölkələr də Trampla daha yaxşı anlaşacaqları üçün onu dəstəkləyirlər. Ancaq Tramp yenə də ABŞ daxili ona dəstək verən qüvvələrin maraqları çərçivəsində hərəkət edəcək. Bunu da nəzərə almaq vacibdir”.

//Gülnarə Abasova, Editor.az