Donbasda “Rusiyaya azadlıq” antiputin legionu fəaliyyətə başlayıb- Videobackend

Donbasda “Rusiyaya azadlıq” antiputin legionu fəaliyyətə başlayıb- Video

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Rusiyaya Azadlıq” antiputin legionu Rusiya Federasiyasının “xüsusi əməliyyatı”nın reallıqlarını görən və bu rejimə qarşı mübarizədə Ukraynanın tərəfini tutan rus və belarus hərbçilərindən ibarətdir.

Bu barədə Editor.az “Unian.net”ə istinadən xəbər verir Döyüşçülərin Donbasda bu istiqamətdə fəaliyyətləri artıq ilkin bəhrəsini verməyə başlayıb. Belə ki, “Rusiyaya Azadlıq” teleqram kanalında legionun 1993-cü il təvəllüdlü rus əsgəri Yuri Şalayevi əsir götürdüyü bildirilir.

Protokola əsasən, o, qərargaha aparılacaq və orada ona digər rus əsgərləri kimi, legionun bir hissəsi olmaq və Putin rejiminə qarşı mübarizə aparmaq imkanı veriləcək. “Biz – legionun döyüşçüləri rus əsgərlərinə qarşı vuruşmuruq. Biz azad Rusiya üçün vuruşuruq. Məqsədimiz Putini və onun rejimini məhv etməkdir”, – döyüşçülərin əsas şüarı budur. Qeyd edək ki, “Rusiyaya Azadlq” legionun tərkibində yalnız bütün lazımi yoxlamalardan keçən, dürüstlüklərini və niyyətlərinin səmimi olduğunu sübut edən rus və belarus əsgərləri birləşiblər. Və yalnız bundan sonra onlar Ukrayna Silahlı Qüvvələri ilə bir sırada işğalçılara qarşı mübarizəyə qoşulublar.

Editor.az

Легион взял в плен русского солдата Шалаева Юрия 1993 года / фото t.me/legionoffreedom/84