Donbasda vəziyyət Ukrayna üçün fəlakətli həddə çatıb – “Bild” nəşribackend

Donbasda vəziyyət Ukrayna üçün fəlakətli həddə çatıb – “Bild” nəşri

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Donetsk vilayətində Ukrayna Silahlı Qüvvələri üçün vəziyyət fəlakətlidir.

Editor.az bidirir ki, bunu Bild-in açıq məlumatların analitiki Culian Röpke deyib. Nəşr xatırladıb ki, bazar günü Donetsk vilayət hərbi administrasiyası uşaqlı ailələrin Pokrovskdan məcburi təxliyə edildiyini elan edib. Əvvəllər şəhərdə 80 min insan yaşayırdı. İndi Pokrovski rayonunda 53 min sakin, o cümlədən təxminən 4000 yaşlı var.

“Bild”in məlumatına görə, rus işğalçıları Pokrovska 7-8 kilometrə qədər yaxınlaşıblar. İlin əvvəlində bu məsafə 38 km idi. “Ukrayna hakimiyyəti iki həftə ərzində 65 min sakini olan Pokrovsk şəhərinin evakuasiya edilməsini əmr edib. “Donbasda vəziyyət pisdir. Bu vəziyyətdə mən hələ də orada əks-hücum etmək əvəzinə 5000 ən yaxşı əsgəri qonşu ölkəyə göndərməyi son dərəcə riskli hesab edirəm” Röpke bildirib.

//Samir Qurbanov, Editor.az