Berlin və Ankara müxtəlif “dönər kabab” reseptlərinə görə mübahisə edir. Bu barədə “The Telegraph” yazır. Məqalədə deyilir: “Türkiyənin orijinal dönər üçün hüquqi müdafiəyə nail olmaq cəhdi Almaniyanın sevimli “fast-food”unun gələcəyinə son qoya bilər”.
Yazda Türkiyə “dönər kabab” versiyasını Avropa Birliyində qeydiyyatdan keçirmək üçün müraciət edib. Bu, yeməyə Fransız şampan şərabı, İtaliyadan Neapolitan pizzası və digər qeydiyyatdan keçmiş məhsullarla eyni hüquqi müdafiəni verəcəkdir.
Brüssel Ankaranın tərəfini tutsa, Almaniyada dönər kababları yalnız türk reseptlərinə uyğun hazırlanacaq. Əks halda satıcılar yeməyin adını dəyişməli olacaqlar. Türkiyəyə görə, orijinal dönər yalnız toyuq, quzu və ya qatıq və göyərti ilə marinadlanmış gənc mal ətindən hazırlanmalıdır. Bundan əlavə, ət üfüqi olaraq 3 ilə 5 mm qalınlığında dilimlənməlidir. Qeyd olunur ki, Ankaranın hərəkətləri hər il bir milyarddan çox dönər satılan Almaniyada hiddət fırtınasına səbəb olub.
Tərəflər bu məsələdə konsensusa gələ bilməsələr, qərar Avropa Komissiyası tərəfindən veriləcək.
//Samir Qurbanov, Editor.az